05:32 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
DÜNYA
Qısa URL
3802

Sabiq prezident əmindir ki, bunun başqa yolu yoxdur. Sarqsyanın sözlərinə görə, son üç ildə rəhbərlik etdiyi Respublikaçı Partiyasının itkiləri olub, lakin partiya daha təcrübəli olub.

BAKI, 18 mart — Sputnik. "Dağlıq Qarabağın statusu hələ də müyyənləşməyib. Qarabağ, daha doğrusu, ondan geridə qalan heç vaxt Azərbaycanın tərkibində olmayacaq". Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan tərəfdaşları və jurnalistlərin toplaşdığı məhkəmə binasında bildirib.

"Təəssüflər olsun ki, faciənin qarşısını almaq mümkün olmadı, lakin mən çıxış yolunu görürəm: Təslimçilər getməli, xalq özünə dövlət düşüncəsinə sahib bir hökumət seçməlidir və bu hökumət təcili olaraq vətəndaşların təhlükəsizliyi və rifahını təmin etmək üçün addımlar atmalıdır", - deyə Sarqsyan bildirib.

Sabiq prezident əmindir ki, bunun başqa yolu yoxdur. Sarqsyanın sözlərinə görə, son üç ildə rəhbərlik etdiyi Respublikaçı Partiyasının itkiləri olub, lakin partiya daha təcrübəli olub.

Sarqsyan vurğulayıb ki, partiyasının addlımları bundan sonr aydın, düşünülmüş və koordinasiyalı olacaq.

Teqlər:
Serj Sarqsyan, Ermənistan, Azərbaycan, Qarabağ

Əsas mövzular