Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Elton Con Vatikanı tənqid etdi, ikiüzlülükdə ittiham etdi – FOTO

© Lewis JOLY / POOL / AFPЭлтон Джон, фото из архива
Элтон Джон, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
"Vatikan yekcins münasibətlərin günah olduğunu bildirir və belə nikahlara xeyir-dua verməkdən imtina edir. Lakin digər tərəfdən də, mənim Devid Fişnerlə ailə səadətimi əks etdirən "Roketmen" filminə sərmayə yatırır və bundan milyonlarca qazanc götürür. Bu ikiüzlülükdür"

BAKI, 17 mart — Sputnik. Britaniyalı müğənni Elton Con Vatikanı yekcins nikahlara qarşı sərgilədiyi mövqeyə görə tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ifaçı özünün "Instagram" hesabında yazıb.

Ulduzun sözlərinə görə, katolik kilsəsinin məsələyə yanaşması onu təəccübləndirib. "Vatikan yekcins münasibətlərin günah olduğunu bildirir və belə nikahlara xeyir-dua verməkdən imtina edir. Lakin digər tərəfdən də, mənim Devid Fişnerlə ailə səadətimi əks etdirən "Roketmen" filminə sərmayə yatırır və bundan milyonlarca qazanc götürür. Bu ikiüzlülükdür", - deyə E.Con bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Elton John (@eltonjohn)

Qeyd edək ki, sözügedən film 2019-cu ildə ekranlara çıxıb.

 

Xəbər lenti
0