CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Obama cütlüyündən müsəlman dünyasına jest

© AP Photo / Nam Y. HuhBarak Obama və həyat yoldaşı Mişel Obama
Barak Obama və həyat yoldaşı Mişel Obama - Sputnik Azərbaycan, 1920, 16.03.2021
Abunə olmaq
ABŞ-ın eks prezidenti bayram proqramını həyat yoldaşı Mişel Obama ilə hazırlayır. Sözügedən proqram məşhur musiqi platformasında yayımlanacaq.

BAKI, 16 mart — Sputnik. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obama Ramazan bayramı üçün proqram hazırlayır.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın eks prezidenti bayram proqramını həyat yoldaşı Mişel Obama ilə hazırlayır.

Sözügedən proqram məşhur musiqi platformasında yayımlanacaq. Ramazan ayının ilk günündən etibarən yayımlanacaq proqramda ABŞ-dakı müsəlman sənətçiləri, aktivistlər və idmançıların səsinə yer veriləcək.

Xəbər lenti
0