13:53 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
DÜNYA
Qısa URL
803 0 0

Bundan öncə xəbər yayılmışdı ki, Bayden iqtisadiyyatın stimullaşdırılmasına 1,9 trilyon dollar ayıracaq.

BAKI, 16 mart - Sputnik. ABŞ Prezidenti Cozef Bayden 1993-cü ildən bəri ilk dəfə federal vergiləri iri həcmdə artırmağa hazırlaşır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən yazıb. 

Nəşrin məlumatına görə, bu addım koronavirus pandemiyası şəraitində uzunmüddətli iqtisadi dəstək proqramını maliyyələşdirmək üçün atılır. 

Mənbələr bildiriblər ki, Baydenin iqtisadi proqramının həcmi 2-4 trilyon dollar arasındadır. Yeni vergitutma tədbirləri, güman ki, gələn ildən qüvvəyə minəcək. 

Bundan öncə xəbər yayılmışdı ki, Bayden iqtisadiyyatın stimullaşdırılmasına 1,9 trilyon dollar ayıracaq.

Teqlər:
vergi, Cozef Bayden, ABŞ

Əsas mövzular