13:33 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (668)
8 0 0

Oleq Rubanın sözlərinə görə, virusun ən pis əlamətlərindən biri aqrsssivliyi, sürətlə yayılmağı, bir də "cavanlığıdır"

BAKI, 15 mart - Sputnik. Ukraynanın İvano-Frankovski vilayətində koronavirusun yeni mutasiyası aşkarlanıb. O, bir qədər Britaniya ştammına bənzəyir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Kiyevdə Dövlət Ərzaq və İstehlakçı Təhlükəsizliyi Xidmətinin (Qosprodpodtrebslujba) rəhbəri Oleq Ruban deyib. 

"Bu, bir növ kombovirusdur, Ukraynada COVID-19-la yanaşı dövr eləyir. O, təsdiq olunub, əlamətləri Britaniya ştammına yaxındır, Cənubi Afrika və Braziliya viruslarının modifikasiyasıdır", - Ruban deyib.

Onun sözlərinə görə, virusun ən pis əlamətlərindən biri aqrsssivliyi, sürətlə yayılmağı, bir də "cavanlığıdır" (əsasən cavanlar arasında yayılmasını nəzərdə tutur - red.).

Ruban deyib ki, məlumatlar artıq ÜST-ə göndərilib. 

Qeyd edək ki, bir qədər əvvəl Latviyanın 7 sakini koronavirusun "Uqanda" ştammına yoluxub.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
Teqlər:
mutasiya, ştamm, COVID-19, epidemiya, Koronavirus, Ukrayna

Əsas mövzular