11:31 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
19 0 0

Çox sayda qanadlı, ballistik raketlər və müxtəlif mənzilli raket sistemlərin nümayiş etdirildiyi mərasimdə xüsusi imkanlara malik raket sistemləri və avadanlıqları da təqdim edilib

 

BAKI, 15 mart — Sputnik. İranda İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yeni hərbi-dəniz raket bazasının ("Raket şəhəri") açılış mərasimi keçirilib, yeni növ silahlar nümayiş etdirilib. Bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

"Çox sayda qanadlı, ballistik raketlər və müxtəlif mənzilli raket sistemləri nümayiş olundu. Mərasimdə xüsusi imkanlara malik raket sistemləri və avadanlıqları təqdim edildi. Həmçinin İran Hərbi Dəniz Qüvvələri "elektron müharibələrin" qarşısını alan vasitələri təqdim etdi ki, bütün bunlar da Hərbi Dəniz Donanmasının dağıdıcı gücünü artırır ", – deyə IRINN xəbər kanalı bildirib.

Qeyd olunub ki, bütün hərbi avadanlıqlar iranlı alimlər tərəfindən işlənib-hazırlanıb.

Mərasimdə İslam İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami, Hərbi Dəniz Donanmasının komandanı Əlirza Təngsiri və İranın başqa yüksək rütbəli hərbçiləri iştirak ediblər.

Teqlər:
ballistik raket, qanadlı raket, baza, raket, İran

Əsas mövzular