Mart günü soyuq duş: polis etirazçıları "çimdirdi" - FOTO

© AFP 2023 / Michel van Bergen / ANP Niderland polisi, arxiv şəkli
Niderland polisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.03.2021
Abunə olmaq
Niderland hökumətinin koronavirus tədbirləri, eləcə də vaksinasiya əleyhinə etirazlar Haaqanın mərkəzində bazar günü başlayıb.

BAKI, 14 mart - Sputnik. Haaqanın mərkəzində hökumətin koronavirusla mübarizə tədbirlərinə etiraz edənləri dağıtmaq üçün polis güclü su şırnağından istifadə edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Niderland Yayım Korporasiyası (NOS) məlumat verir.

Niderland hökumətinin koronavirus tədbirləri, eləcə də vaksinasiya əleyhinə etirazlar Haaqanın mərkəzində bazar günü başlayıb. Etiraza icazə veriləndən daha çox - 200-dən artıq adam çıxıb. Üstəlik, NOS bildirib ki, mitinqə çıxanlar sosial məsafəni də gözləməyiblər. 

Polislər etirazçılardan dağılışmağı tələb etsələr də, kütlə tabe olmayıb. Bu zaman polis su şırnağından istifadə edib.

​Etirazçılar "Azadlıq!", "Diktaturaya yox!" şüarları qışqırıblar. 

Sosial şəbəkədə polislərin bir kişini saxlayaraq dəyənəklə döydükləri barədə video paylaşılır. 

Amsterdamda martın 7-də eyni tələblə keçirilən aksiyada polis 28 nəfəri həbs etmişdi. Orada təxminən 700 nəfər iştirak edirdi. 

Niderland hökuməti komendant saatının vaxtını martın 31-dək uzadıb. Ölkədə komendant saatı yanvarın 23-dən tətbiq olunmuşdu. O, 21:00-4:30 arası qüvvədədir. Riayət etməyənlər 95 avro cərimə ödəyirlər. 

Bu tədbir yanvarda bir çox şəhərlərdə etirazlara səbəb oldu. Harlem və Rotterdamda polis gözyaşardıcı qazdan istifadə etdi. Amersfortda polisə pirotexniki vasitə atılandan sonra mitinq iğtişaşa döndü, Hertoqenbosda isə yerli supermarket qarət olundu. Bütün ölkə ərazisində kütləvi həbslər qeydə alındı.

Xəbər lenti
0