Bayraqdar yeni PUA-nı sınaqdan çıxardı: "Uçsan olmur, uçmasan, olmaz" - VİDEO

© AFP 2023 / BIROL BEBEKТурецкий военный беспилотник Байрактар, фото из архива
Турецкий военный беспилотник Байрактар, фото из архива  - Sputnik Azərbaycan, 1920, 14.03.2021
Abunə olmaq
Səcuq Bayraqdar yeni PUA-nın test uçuşunu izləyiciləri ilə paylaşıb: "O, bəlkə də, alışdı, amma bizdə həyəcan, adrenalin, stress hələ də ilk gün kimidir"

BAKI, 14 mart - Sputnik. AKINCI Prototip 2 pilotsuz uçan aparatının (AKINCI PT-2) qabaqcıl sistem identifikasiya testi uğurla tamamlanıb.

Sputnik Türkiyə bildirir ki, Baykar Savunma şirkətinin Twitter hesabından edilən paylaşımda: "Bayraktar #AKINCI PUA-sı uçmağa davam edir. Bu gün AKINCI PT-2 ilə qabaqcıl sistem identifikasiya sınağını uğurla tamamladıq. Uğurla bitən hər sınaq AKINCI-nı vəzifəsinə bir addım da yaxınlaşdırır", - qeyd olunub.

Baykar-ın ortaq sahibi Səlcuq Bayraqdar da Twitter hesabından AKINCI PT-2-nin sınaq görüntülərini izləyiciləri ilə paylaşıb.

​"Yeni bir sabah... Yenə bir test uçuşu... #AKINCI PT-2. O, bəlkə də, alışdı, amma bizdə həyəcan, adrenalin, stress hələ də ilk gün kimidir... Ağlımızda bir mahnı var: "Uçsan olmur, uçmasan, olmaz..." Səmalarımızda hürr və özgür", - Bayraqdar yazıb.

 

Xəbər lenti
0