03:42 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
DÜNYA
Qısa URL
16010

Mediaekspert Samvel Martirosyan hətta iddia edib ki, kiberhücumlar nəticəsində DİN, Müdafiə Nazirliyi və s. qurumlardan böyük həcmdə məlumat sızması olub. 

BAKI, 14 mart - Sputnik. Ermənistanın dövlət informasiya agentliyi Armenpress-in saytını hakerlər sındırıblar. 

Sputnik Ermənistan güman edir ki, bunu azərbaycanlı hakerlər ediblər. "Armenpress"in saytında bir saatdan artıq müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Azərbaycandır!" nitqi olan videoyazısı yayımlanıb. 

Erməni mətbuatı son zamanlar Azərbaycan və Türkiyədən erməni xəbər saytlarına kiberhücumların artdığını yazır. Onların iddiasına görə, İkinci Qarabağ müharibəsi zamanı hətta Whatsapp-ın erməni istifadəçilərinin hesabları da sındırılıb. 

2020-ci ili Ermənistanın informasiya təhlükəsizliyi sferasında ən ağır il kimi qeyd edirlər. Mediaekspert Samvel Martirosyan hətta iddia edib ki, kiberhücumlar nəticəsində DİN, Müdafiə Nazirliyi və s. qurumlardan böyük həcmdə məlumat sızması olub. 

Teqlər:
hakerlər, çıxış, İlham Əliyev, dövlət, Agentlik, informasiya, Ermənistan

Əsas mövzular