05:13 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
DÜNYA
Qısa URL
27 0 0

Hava şəraiti səbəbindən mülki və hərbi aviasiyanın aktivliyi azaldılıb. Səudiyyə Ərəbistanı HHQ uçuşları ləğv edib

BAKI, 14 mart — Sputnik. Fars körfəzi ölkələrində son günlər güclü qum fırtınası müşahidə olunur. Qətər və Səudiyyə Ərəbistanı təbii fəlakətin əsiri olub. Burada hava sanki qan rənginə boyanıb.

RİA Novosti xəbər verir ki, fırtına cümə günü axşam başlayıb. Öncə ilin bu mövsümü üçün xarakterik olmayan boğucu isti çöküb. Sonra güclü külək əsib. O, toz və qum dənələrini havaya qaldırdığından görmə məsafəsi cəmi bir neçə metrə enib. Toz və qum tikililəri, avtomobilləri örtüb, hətta pəncərə deşiklərindən evlərə sızıb. 

​Qum fırtınası özüylə soyuq hava kütlələrini də gətirib. Qətərin paytaxtı Dohada havanın temperaturu qəfildən müsbət 16 dərəcəyə düşüb. 

Hava şəraiti səbəbindən mülki və hərbi aviasiyanın aktivliyi azaldılıb. Səudiyyə Ərəbistanı HHQ uçuşları ləğv edib.

Bazar günü regionda hava sabitləşməyə doğru getsə də hələ də güclü külək əsir.

Teqlər:
video, Səudiyyə Ərəbistanı, Qətər, fırtına, toz, qum, ölkə, Fars körfəzi

Əsas mövzular