İstanbulda dəstə şəklində fırıldaqçılıqla məşğul olan yüzdən çox çinli saxlanıldı

© AFP 2023 / OZAN KOSEТурецкая полиция, фото из архива
Турецкая полиция, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Çinlilərə yaşadıqları və işlədikləri villalardan kənara çıxmaq qadağan olunub. Bununla belə, onlardan ikisi ərazidən kənara çıxmağa nail olaraq polisə şikayət edib.

BAKI, 13 mart — Sputnik. İstanbulun Silivri rayonunda 9 villanı icarəyə götürüb kriptovalyuta satışı ilə bağlı call-center qurmuş çinlilərdən ibarət fırıldaqçı dəstəyə qarşı irimiqyaslı polis əməliyyatı həyata keçirilib. "Milliyet" qəzetinin xəbərinə görə, əməliyyat nəticəsində 18 nəfər Çin vətəndaşı olan şübhəli şəxsin 101 həmvətəninin pasportunu əlindən alaraq zorla call-center-də işləməyə məcbur etdiyi üzə çıxıb.

Onlar həmin şəxsləri Türkiyədə işlə təmin etmək adı altından İstanbula gətirərək zorla kriptovalyuta fırıldaqçılığına cəlb ediblər. Çinlilərə yaşadıqları və işlədikləri villalardan kənara çıxmaq qadağan olunub. Bununla belə, onlardan ikisi ərazidən kənara çıxmağa nail olaraq polisə şikayət edib. Bundan sonra əraziyə 100 polislə əməliyyat təşkil olunub və ümumilikdə 119 Çin vətəndaşı həbs edilərək polis idarəsinə aparılıb. Daha sonra fırıldaqçıların qurbanı olduqları üzə çıxan 101 çinli Türkiyə Miqrasiya İdarəsinə yönləndirilib. Onların Türkiyəyə turist vizası ilə daxil olduqları məlum olub. Çinlilər onlara aylıq 7 min Çin yuanı məbləğində pul ödənildiyini də bildiriblər

Əməliyyat zamanı 1 milyon 500 min lirə pul, 712 mobil telefon, 112 kompüter, 677 sim kart, pul sayan maşın və çoxlu sayda harddisk ələ keçirilib. Artıq saxlanılan 18 şübhəlidən 6-sı məhkəmə qarşına çıxarılaraq həbs olunub.

Xəbər lenti
0