SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukrayna Zelenskini yenidən prezident görmək istəyir?

© AP Photo / Alastair GrantПрезиденты Украины Владимир Зеленский, фото из архива
Президенты Украины Владимир Зеленский, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
David Araxamiya: "Biz Vladimir Zelenskidən ikinci dəfə prezident seçkilərində namizədliyini irəli sürməsini istəyəcəyik"

BAKI, 13 mart — Sputnik. Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyası dövlət başçısı Vladimir Zelenskinin prezident seçkilərində ikinci müddətə namizədliyini irəli sürəcək.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə partiyanın qurultayından sonra Ukrayna Ali Radasının deputatı, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya keçirdiyi mətbuat konfransında deyib.

“Biz Vladimir Zelenskidən ikinci dəfə prezident seçkilərində namizədliyini irəli sürməsini istəyəcəyik”, - deyə fraksiya rəhbəri əlavə edib.

Vladimir Zelenski prezident seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə qərarını hələ ki bildirməyib.

Qeyd edək ki, “Xalqın xidmətçisi” partiyasının qurultayı martın 13-də keçirilib. Qurultayda struktur dəyişiklikləri edilib, Siyasi Şuranın yeni tərkibi seçilib.

Xəbər lenti
0