Amerika Türkiyə ilə Pakistanın işinə qarışdı, müqaviləyə qadağa qoydu

© AP Photo / BURHAN OZBILICI Турецкий военный вертолет, фото из архива
Турецкий военный вертолет, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Abunə olmaq
2018-ci ilin iyulunda Türkiyə ilə Pakistan 30 ATAK zərbə vertolyotunun tədarükü barədə razılaşma imzalamışdı. Bu, müdafiə sənayesi sahəsində birdəfəlik tədarük üzrə Türkiyənin ən böyük müqavilələrindən hesab olunurdu

BAKI, 8 mart - Sputnik. ABŞ Türkiyənin 30 ədəd ATAK zərbə vertolyotunun Pakistana tədarükünə mane olub. Böyük ehtimalla həmin vertolyotları Çin alacaq. 

Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Türkiyədən ABŞ-a xəbərdarlıq

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Bloomberg-ə Rusiyadan alınan S-400 ZRK-ya görə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar barədə danışarkən deyib. 

2018-ci ilin iyulunda Türkiyə ilə Pakistan 30 ATAK zərbə vertolyotunun tədarükü barədə razılaşma imzalamışdı. Bu, müdafiə sənayesi sahəsində birdəfəlik tədarük üzrə Türkiyənin ən böyük müqavilələrindən hesab olunurdu. Dəyəri 1,5 milyard dollar qiymətləndirilən müqavilə Türkiyənin Rusiyadan S-400 ZRK aldığına görə ABŞ-ın qardaş ölkəyə mühərriklərin ixracına lisenziya verməkdən imtina etməsi səbəbilə gerçəkləşməyib. Türkiyə hazırda vertolyot mühərriklərinin işlənib-hazırlanması üzrə iş aparır.

"ABŞ bizim Pakistana vertolyot satmaq planımızı yarıda qoydu. Bunun nəticəsində, tender, çox güman ki, Çinə qismət olacaq, uduzan isə ABŞ olacaq", - Kalın söyləyib.

Kalın xatırladıb ki, Türkiyə ABŞ-ın Patriot sistemini almaq istəsə də, ABŞ-dan təsdiq cavabı gəlməmişdi. Türkiyənin NATO-dakı digər tərəfdaşı Fransa isə Еurosаm fransız-italyan konserninin HHM sistemi üzrə Ankarayla aparılan danışıqları Suriya məsələsinə görə dondurmuşdu.

"Türkiyə Rusiya ilə fikir ayrılıqlarını konstruktiv dialoq sayəsində həll edir, eyni işi ABŞ-la da görə bilərik", - Türkiyə Prezidentinin sözçüsü deyib.

 

Xəbər lenti
0