SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

HƏMAS Fələstində seçki öncəsi vəziyyətdən narahatdır

© AFP 2023 / MAHMUD HAMSПалестинские призывники в центре военных учений ХАМАС, архивное фото
Палестинские призывники в центре военных учений ХАМАС, архивное фото - Sputnik Azərbaycan, 1920, 06.03.2021
Abunə olmaq
Fələstin dövlət başçısı Mahmud Abbas yanvarın 15-də 15 il sonra İsrail işğalının davam etdiyi Fələstin ərazisində seçkilər keçirilməsi üçün qərarnamə imzalayıb.

BAKI, 6 mart — Sputnik. HƏMAS-ın Siyasi idarə heyətinin üzvü Hüsam Bədran Fələstin Diyaloq Qrupunun təşkil etdiyi iclasda bildirib ki, İsrail Fələstində seçki deyil, mövcud qruplar arasında parçalanmanın davam etməsini istəyir. Sputnik Azərbaycan xəbər verir ki, Bədran bu il keçirilməsi planlaşdırılan seçkilər haqqında önəmli açıqlamalar verib.

O bildirib ki, İsrail onun müstəqilliyini tanımadığımız və müzakirələrə istəkli olmadığımız üçün HƏMAS-ın və digər işğalla mübarizə aparan qrupların seçkilərdə məğlub olmasını istəyir: “2006-cı ildə keçirilən seçkilərdə 1500 HƏMAS üzvü həbs etmişdi. İndi də bu siyasətin davam edəcəyini bilirik”.

Qeyd edək ki, Fələstin dövlət başçısı Mahmud Abbas yanvarın 15-də 15 il sonra İsrail işğalının davam etdiyi Fələstin ərazisində seçkilər keçirilməsi üçün qərarnamə imzalayıb. Qərarnaməyə əsasən mayın 22-də parlament, 31 iyulda isə prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0