Dövlət Departamenti ermənilərə Azərbaycan və Türkiyə ilə dostlaşmaq üçün qrant ayırdı

© AFP 2023Государственный департамент США в Вашингтоне
Государственный департамент США в Вашингтоне - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
Dövlət Departamenti hesab edir ki, qrantları alacaq potensial şəxslər ABŞ və Ermənistanın ortaq dəyərlərinin təbliğinə, həmçinin regionda təhlükəsizliyin gücləndirilməsinə cəlb oluna bilər.

BAKI, 4 mart — Sputnik. Birləşmiş Ştatların Dövlət Departamenti Vaşinqton və Yerevan arasında tərəfdaşlıq əlaqələrin gücləndirilməsinə hər biri 150 min dollar dəyərində qrant ayıracaq. Bu barədə Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir.

Layihənin mətnində qeyd olunur ki, proqramın reallaşması iki ölkə arasında qarşılıqlı əlaqələrin reallaşmasına sərf ediləcək.

"Bütün layihələr Amerika mədəni aspektini və ya ABŞ siyasətini və baxışlarını daha dərindən anlamağa kömək edəcək müəyyən bir sahədə ixtisaslaşmış Amerika mütəxəssisləri, təşkilat və qurumları ilə əlaqəni ehtiva etməlidir", - deyə layihənin mətnində qeyd olunur.

Dövlət Departamenti hesab edir ki, qrantları alacaq potensial şəxslər ABŞ və Ermənistanın ortaq dəyərlərinin təbliğinə, həmçinin regionda (söhbət həm də Ermənistan, Türkiyə və Azərbaycan vətəndaşları arasında dostluq əlaqələrinin bərpasından gedir) təhlükəsizliyin gücləndirilməsinə cəlb oluna bilər.

Bundan əlavə, qrant alacaq şəxslərin fəaliyyəti erməni KİV-in potensialının, demokratiya, vətəndaş cəmiyyəti və qanunun aliliyinin inkişafına yönləndiriləcək.

 

Xəbər lenti
0