Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

© REUTERS / CHRISTIAN HARTMANNПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.03.2021
Abunə olmaq
Xəstəlikdən sağalanların sayı 164 085 nəfər olub. Hazırda bu ölkədə 5 194 nəfər xəstəxanada müalicə alır.

BAKI, 4 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 173 307-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 491 nəfər artıb.

Ermənistanda son gündə daha 6 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 208- ə çatıb. Xəstəlikdən sağalanların sayı 164 085 nəfər olub. Hazırda bu ölkədə 5 194 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 115,1 milyonu keçib, 2,55 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0