07:35 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
DÜNYA
Qısa URL
14 0 0

Ən yaxın məsləhətçiləri Trampın namizədliyini keçmiş vitse-prezident Mayk Penslə birlikdə verməsini tövsiyə etmir, başqa adam seçməsini istəyirlər

BAKI, 4 mart - Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ildə yenidən bu vəzifəyə gəlmək üçün namizədliyini vermək niyyətindədir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bloomberg öz mənbələrinə istinadən yazır.

Bundan öncə Tramp bəyan etmişdi ki, yenidən namizədliyini vermək barədə düşünə bilər. Agentliyin mənbələrinin məlumatına görə, Tramp tərəfdaşlarına fikrinin ciddi olduğunu söyləyib. Ancaq onun ən yaxın məsləhətçiləri Trampın namizədliyini keçmiş vitse-prezident Mayk Penslə birlikdə verməsini tövsiyə etmir, başqa adam seçməsini istəyirlər. Hətta deyilir ki, Tramp Pensin alternativlərini də müzakirə edib. 

Bu il yanvarın 6-da hələ prezident kimi fəaliyyətdə olan Donald Trampın tərəfdaşları Vaşinqtondakı mitinqdən sonra Kapitoliyə hücum etmişdilıər. Konqresin işi bir neçə saat ləngimişdi. Çaxnaşma nəticəsində bir qadın etirazçı və polis həlak olmuş, daha iki nəfər isə zorakılıqla əlaqəli olmayan səbəbdən ölmüşdü.

Etirazçıların Konqres binasından çıxarılmasından sonra konqresmenlər Co Baydenin seçkidə qələbəsini təsdiqlədilər. Konqresin Nümayəndələr Palatası Trampa qarşı qiyama təhrik ittihamı ilə impiçment irəli sürdü, Senat isə Trampa bəraət verdi.

Teqlər:
Mayk Pens, namizəd, prezident, Donald Tramp

Əsas mövzular