07:15 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
DÜNYA
Qısa URL
24 0 0

Hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binasının yaxınlığında daha bir neçə nəfəri saxlayıblar. Etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verir.

BAKI, 2 mart — Sputnik. Bu gün səhər saatlarında Gürcüstanda müxalifət partiyalarının üzvləri və onların tərəfdarları parlament binasının qarşısında etiraz aksiyası keçiriblər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumat verən Gürcüstanın "Birinci kanalı" müxalifət partiyalarının bir neçə fəalının saxlanıldığını bildirib.

"Parlament yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları daha bir neçə nəfəri saxladılar. Etirazçılarla asayiş keşikçiləri arasında toqquşmalar baş verir. Hazırda müxalifət yolu bağlamağa, patrul polisi isə bunun qarşısını almağa çalışır", – deyə məlumatda bildirilir.

Müxalifət partiyalarının üzvləri və onların tərəfdarları parlamentə gələn millət vəkillərinin maşınlarını qışqırıq sədaları ilə qarsalayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatların binaya girə bilmələri üçün xüsusi dəhliz yaratmaq məcburiyyətində qalıblar. Ancaq müxalifət nümayəndələri etiraz aksiyanın dinc xarakter daşıdığını və millət vəkillərinin parlamentə daxil olmasının qarşısını almaq niyyətində olmadıqlarını bildiriblər.

Qeyd edək ki, Gürcüstan müxalifəti Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması və erkən parlament seçkilərinin keçirilməsi tələbi ilə mütəmadi olaraq Tbilisidə etiraz aksiyaları keçirir.

Teqlər:
polis, müxalifət, etiraz aksiyası, Gürcüstan

Əsas mövzular