Seren Serengil aləmi qatdı - "Ərinin aşnası ilə xatirə fotosu çəkdirmək nə deməkdir?"

© AP Photo / Marcio Jose SanchezA journalist makes a video of the Instagram logo
A journalist makes a video of the Instagram logo - Sputnik Azərbaycan, 1920, 27.02.2021
Abunə olmaq
Seren Serengilin belə davranışı bir müddət əvvəl də olub. Sosial media hesabından "Derin" obrazını ifa edən gənc aktrisanı söyən Seren Serengilə o zaman da aktrisanı təhqir etməmək haqqında xəbərdarlıq edilmişdi

BAKI, 27 fevral — Sputnik. "Kanal D" ekranlarının sevilən serialı "Sadakatsiz"də Asya obrazını canlandıran Cansu Dere serialdakı rəqibi, Derin xarakterinin ifaçısı Melis Sezenlə foto çəkdirərək "Instagram" hesabından paylaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, baş verən hadisələr də bu fotodan sonra olub. Belə ki, Cansu Derenin paylaşdığı fotonu görən müğ

ənni və teleaparıcı Seren Serengil "Instagram" hesabının "hekayə" bölümündə: "Məncə, gözümdən düşmə. Ərinin aşnası ilə xatirə fotosu çəkdirmək nə deməkdir?" - yazıb.

Qeyd edək ki, Seren Serengilin belə davranışı bir müddət əvvəl də olub. Sosial media hesabından "Derin" obrazını ifa edən gənc aktrisanı söyən Seren Serengilə o zaman da aktrisanı təhqir etməmək haqqında xəbərdarlıq edilmişdi.

 

Xəbər lenti
0