11:12 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
DÜNYA
Qısa URL
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
6610

"Daşnaksütun" partiyasının nümayəndəsi İşxan Saqatelyan camaatı parlament binasının yanına səsləyib və Paşinyanı "başdanxarab" adlandıraraq ordu ilə əlbir olduqlarını deyib

BAKI, 25 fevral - Sputnik. "Vətənin xilası uğrunda hərəkatın" koordinatoru, "Daşnaksütun" partiyasının nümayəndəsi İşxan Saqatelyan canlı yayımda müxalifətin planlarını açıqlayıb.

"Biz iki tərəfdən Baqramyan prospektini barrikadalarla tutmuşuq. Çadır qururuq, ocaq da qalayacağıq. Ordumuzla birlikdəyik və birlikdə o başdanxarabı aradan götürəcəyik", - Saqatelyan deyib.

O bildirib ki, müxalifətçilər Baqramyan prospektində, Ermənistan parlamentinin binası yanında gecələməyi düşünürlər. 

"Hər kəsi buraya çağırıram. Birlikdə uğur qazanacağıq. Geyinin-kecinin, gəlin", - Saqatelyan deyib.

Cümə axşamı, fevralın 25-də Yerevandakı Azadlıq meydanında birləşmiş müxalifətin mitinqi keçirilib. "Vətənin xilası uğrunda hərəkat" etirazların ikinci mərhələsi və müddətsiz aksiyaların keçirildiyini elan edib. Baş nazir Nikol Paşinyanın əleyhdarları Baqramyan prospekti boyunca yürüş edərək parlamentə girişləri bağlayıblar. Mərkəzi prospekt etirazçıların əlindədir. 

Vladimir Putin və Nikol Paşinyan Soçi görüşü zamanı, 14 may 2018-ci il
© Sputnik / Mikhail Klimentyev

Müxalifətin aksiyası ilə yanaşı, Paşinyanın tərəfdarları da mitinq keçiriblər. Onlar əvvəlcə Respublika meydanına yığışıb, sonra isə şəhərin cənubuna (faşist Njde Qareginin adı verilən meydana) yürüş ediblər. 

Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

 

Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
Teqlər:
Nikol Paşinyan, etiraz, müxalifət, Ermənistan

Əsas mövzular