06:08 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
DÜNYA
Qısa URL
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
3501

Ermənistan müxalifəti hazırda parlament binası ətrafında çadır və barrikada qurmaqla məşğuldur. Baş nazir Nikol Paşinyan isə durumu Vladimir Putinlə müzakirə edib

BAKI, 25 fevral - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan telefonla danışaraq Yerevanda yaranan siyasi gərginliyi müzakirə ediblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Rusiya liderinin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub. 

Rusiya Müdafiə Nazirliyinin binası, arxiv şəkli
© Sputnik / Наталья Селиверстова

"Ermənistandakı vəziyyət müzakirə olunub. Putin Ermənistanda sakitlik və sabitliyin qorunmasının, durumun qanun çərçivəsində həll olunmasının tərəfdarı olduğunu deyib", - mətbuat katibi söyləyib.

"Vladimir Putin həmçinin tərəfləri təmkinli olmağa çağırıb", - Peskov əlavə edib.

Ermənistanda vəziyyət Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsilə qarışıb. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

Müxalifət hazırda parlament binası ətrafında çadır və barrikada qurmaqla məşğuldur.

Mövzu:
Ermənistanda dövlət çevrilişinə cəhd (19)
Teqlər:
gərginlik, Ermənistan, telefon zəngi, Nikol Paşinyan, Vladimir Putin, Putin

Əsas mövzular