Ermənistanda hərbi hissədə qarşıdurma - əsgərlər qaçdılar

© SputnikАрмянская военная форма
Армянская военная форма - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Hərbi hissə komandanlığı xidməti araşdırma aparır, fərari əsgərləri hərbi polis axtarır, onların barəsində cinayət işləri başladılıb

BAKI, 24 fevral — Sputnik. Ermənistanda hərbi hissələrdən birində insident yaşanıb. Sputnik Ermənistan xəbər verir ki, müddətli xidmət edən əsgərlər məzuniyyətdən sonra xidmətə qayıtmaq istəməyiblər.

Развёртывание оперативно-тактического ракетного комплекса Искандер-М - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Paşinyanla Rusiyanın "İskəndər" davası

Belə ki, fevralın 23-ü bir qrup hərbçi və onların valideynləri əsgərlərin daimi dislokasiya yerlərinə qayıtmasına mane olmağa çalışıblar. Nəticədə hərbi hissənin ərazisində qarşıdurmalar yaşanıb, bəzi hərbçilər isə vəziyyətdən istifadə edərək hərbi hissəni özbaşına tərk ediblər.

Hərbi hissə komandanlığı xidməti araşdırma aparır, fərari əsgərləri hərbi polis axtarır, onların barəsində cinayət işləri başladılıb.

Ermənistan Müdafiə Nazirliyi baş verənləri qınayıb və vətəndaşları Silahlı Qüvvələrin döyüş qabiliyyətini təhdid altına alan və postmüharibə dövründə hərbi hədəflərin yerinə yetirilməsinə mane olan bu cür aksiyalardan çəkinməyə çağırıb.

Xəbər lenti
0