QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyanla Rusiyanın "İskəndər" davası

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidРазвёртывание оперативно-тактического ракетного комплекса "Искандер-М"
Развёртывание оперативно-тактического ракетного комплекса Искандер-М - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
Bu arada Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" kompleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.

BAKI, 24 fevral — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan "1in.am" nəşrinə müsahibəsində Qarabağ müharibəsi zamanı "İskəndər" operativ-taktiki kompleksinin partlamayan raketlərindən danışıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla da Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Ermənistan hərbçilərinin müharibənin lap əvvəlində "İskəndər"ləri tətbiq etmək barədə fikirlərinə münasibət bildirib.

"Qoy özünə sual versin ki, niyə "İskəndər"in raketi partlamayıb? Və ya məsələn, niyə 10%-i partlayıb?" - deyən Paşinyan detalları verməyib.

Jurnalistin "belə də olurmu?" dəqiqləşdirici sualını isə Paşinyan belə cavablandırıb: "Bilmirəm. Ola bilər, silah 80-cı illərindir".

Ракетный комплекс Искандер-М - Sputnik Azərbaycan, 1920, 19.11.2020
Erməni general Azərbaycana qarşı “İsgəndər”dən istifadə etdiklərini etiraf etdi

Bu arada, Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" komleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.

""İskəndər" Suriyadakı terrorizmlə müharibə dövründə öz yüksək xüsusiyyətlərini təsdiqləyib, Ermənistan baş naziri Nikol Paşinyanın guya raketlərin partlamadığına dair iddiaları isə onun bu sahədəki səriştəsizliyinə dəlalət edir". Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya Federasiyası və Suriya Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Sablin RİA Novosti-yə açıqlamasında bildirib.

“Paşınyan öz məğlubiyyətini ört-basdır etmək üçün bəhanə axtarır. Halbuki müharibə və sülh məsələlərindən daha yaxşı baş çıxaran insanlar bilirlər ki, "İskəndər" XXI əsrin ən yaxşı universal əməliyyat-taktiki raket sistemidir”, - deyə Sablin vurğulayıb.

"Soros Paşinyanı pis vəziyyətdə qoydu. Ancaq məsələ yalnız onun bacarıqsızlığında deyil. Bu bir daha göstərdi ki, küçələrin gurultulu şüarlarla yad ssenari əsasında  hakimiyyətə gətirdiyi insan öz ölkəsini necə məhv edə bilər. Buna yalnız ermənilər deyil, başqaları da əmin ola bilərlər”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2021
QARABAĞ
Ermənistan ordusunda nə baş verir və niyə "Qarabağ dövləti"ndən dəm vururlar?

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0