23:09 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
DÜNYA
Qısa URL
33 0 0

Ermənistan Polisi Nazirlər Kabinetinin №3 saylı binasının qarşısında etiraz edən şəxslərə sərt şəkildə müdaxilə etməyə başlayıb, axşama mitinq var.

BAKI, 23 fevral — Sputnik. Ermənistan müxalifəti paytaxt Yerevanda Nazirlər Kabinetinin önündə etiraz aksiyası keçirir. Sputnik Ermənistan xəbər verir ki, aksiya iştirakçıları ölkənin Baş naziri Nikol Paşinyanın ünvanına "Nikol satqın", "Nikol, türk" şüarları səsləndiriblər.

Nikol Paşinyan isə aksiyaya baxmayaraq hökumət binasına gəlib.

Bundan sonra Ermənistan Polisi Nazirlər Kabinetinin №3 saylı binasının qarşısında etiraz edən şəxslərə sərt şəkildə müdaxilə etməyə başlayıb.

Hazırda aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma yaşanır.

Rəsmi məlumatlara görə, polis bölməsinə 51 müxalifətçi gətirilib.

Bu arada Ermənistan müxalifətinin nümayəndəsi Qeqam Manukyan isə saat 18:00-da Yerevanda yeni mitinq keçiriləcəyini bildirib.

 

 

Əsas mövzular