Hərbi təyyarə qəzaya uğradı: yeddi ölü - VİDEO

© AP Photo / Binsar Bakkaraİndoneziyada təyyarə qəzası
İndoneziyada təyyarə qəzası - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
Nigeriya paytaxtında dəhşətli qəza olub. Minna şəhərinə uçan hərbi təyyarənin mühərrikində nasazlıq baş verdiyindən yerə çırpılıb

BAKI, 21 fevral - Sputnik. Nigeriya paytaxtında hərbi təyyarə qəzaya uğrayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, King Air 350 hərbi təyyarəsi Abucada, uçuş-eniş zolağının yaxınlığında yerə çırpılıb.

​Hadisə şahidləri qəza yerindən video paylaşıblar. Görüntülərdə xilasedicilərin təyyarənin qalıqlarının üzərinə su tökdükləri görünür.

Bildirilir ki, təyyarə Minna şəhərinə uçurmuş. Mühərrikində nasazlıq baş verdiyindən yerə çırpılıb. Nigeriya HHQ-nin məlumatına görə, təyyarənin göyərtəsində olan 7 hərbçi həlak olub.

Xəbər lenti
0