17:44 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
DÜNYA
Qısa URL
13 0 0

Nigeriya paytaxtında dəhşətli qəza olub. Minna şəhərinə uçan hərbi təyyarənin mühərrikində nasazlıq baş verdiyindən yerə çırpılıb

BAKI, 21 fevral - Sputnik. Nigeriya paytaxtında hərbi təyyarə qəzaya uğrayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, King Air 350 hərbi təyyarəsi Abucada, uçuş-eniş zolağının yaxınlığında yerə çırpılıb.

​Hadisə şahidləri qəza yerindən video paylaşıblar. Görüntülərdə xilasedicilərin təyyarənin qalıqlarının üzərinə su tökdükləri görünür.

Bildirilir ki, təyyarə Minna şəhərinə uçurmuş. Mühərrikində nasazlıq baş verdiyindən yerə çırpılıb. Nigeriya HHQ-nin məlumatına görə, təyyarənin göyərtəsində olan 7 hərbçi həlak olub.

Teqlər:
video, Nigeriya, qəza, hərbi təyyarə

Əsas mövzular