ELM

Marsda milyonluq şəhərlər - indi hamı bundan danışır

© © Handout / NASA / AFPВид на Марс, фото из архива
Вид на Марс, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
2020-ci ildə Yerdən start götürən Amerikanın ən yeni Perseverance roveri cümə axşamı, fevralın 18-də "qırmızı planet"in səthinə enib. Bu hadisədən sonra dünya Marsın fəthindən danışır

BAKI, 21 fevral - Sputnik. Bu onilliyin sonunadək insanlar daimi olaraq Marsda yaşaya biləcəklər, 2100-cü ilədək isə orada artıq milyonlarla insanın yaşadığı şəhərlər olacaq. 

Иллюстрация NASA c изображением двух космических кораблей проекта Mars Cube One, летящих над Марсом - Sputnik Azərbaycan, 1920, 09.01.2021
Marsda adam olsun deyə əmlakını satışa çıxarır

Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə "Mars cəmiyyəti"nin sədri, mühəndis və Mars araşdırmaları üzrə entuziast Robert Zubrin deyib. 

2020-ci ildə Yerdən start götürən Amerikanın ən yeni Perseverance roveri cümə axşamı, fevralın 18-də "qırmızı planet"in səthinə enib. Onun köməyilə NASA Marsın quruluşu, geologiyası haqda məlumat almaq niyyətindədir. Perseverance-ın elmi alətlərinin sırasında ən vaciblərindən biri Mars atmosferindən oksigen alan aparatdır. Onun yaradıcıları ümid edirlər ki, gələcəkdə bu texnologiya Marsa pilotlu missiyalar üçün gərəkli olan raket yanacağının əldə edilməsində də mühüm rol oynayacaq.  

Perseverance – NASA-nın Marsa göndərdiyi beşinci roverdir. Hazırda onunla birlikdə "Qırmızı planet"də Curiosity marsoxodu da işləyir. İnsanların Marsa ayaq basması hələ ki elmi fantastika həddindədir, planet çox sirlər gizləyir. Ancaq alimlər ümidlidirlər ki, məhz roverin missiyası Marsa insanların daşınmasını reallığa çevirəcək. Məsələn, qonşu planetdə insanların baza quracaqları tarix kimi Zubrin 2030-cu ili göstərir. 

SpaceX şirkətinin sahibi, biznesmen İlon Mask Marsa pilotlu missiyaların 2026-cı ildə başlayacağını desə də, mühəndis Zubrinin fikrincə, bu tarixə dəyişiklik etməli olacaqlar. 

"Güman ki, bu proses 2030-cu ilədək uzanacaq. Ola bilər, 2026 və ya 2028-ci ildə o, Marsa Starship gəmiləri ilə yük və robot missiyaları göndərərək bazanın avtomatik tikintisinə başlasın. Oraya insanları göndərməzdən öncə bizə güc qurğuları, Marsın oksigen və suyundan yanacaq hazırlayan sistemlər gərəkdir", - 1998-ci ildə "Mars cəmiyyəti"ni quran Zubrin deyir. 

Планета Марс, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.02.2021
ELM
Qırmızı planetin səthinin ilk şəkilləri Yerə göndərilib

Maskın 2050-ci ildə Marsa bir milyon insan göndərmək planını isə mühəndis "ambisiyalı" hesab edir: "Ancaq həmin vaxt biz oraya min nəfər göndərə bilərik, onlar Marsda daha böyük insan kütləsinin yaşamasını təmin etmək üçün kənd təsərrüfatı və sənaye imkanları qura bilərlər. Marsa nə qədər çox adam uçub, orada nəsil artırsa, o planetdə bir o qədər çox möhkəmlənə, 2070-ci ildə böyük şəhərə, hətta 2100-cü ildə milyonluq şəhərə çevrilə bilərik". 

Marsın fəthinin insan itkisi olmadan aparılmasına gəlincə, ekspert deyib: "Həmişə araşdırmalarda risk olur, ancaq indiyədək heç bir vacib kəşf cəsarət olmadan gerçəkləşməyib".

Xəbər lenti
0