Makronla NATO-nun "ulduzu barışmır", yenə sataşdı

© AFP 2023 / LUDOVIC MARINПрезидент Франции Эммануэль Макрон, фото из архива
Президент Франции Эммануэль Макрон, фото из архива  - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
Fransa Prezidenti ilk dəfə deyil ki, NATO-nu tənqid edir. 2019-cu ilin martında o, bəyan eləmişdi ki, bu qurum "beyin ölümü" keçirib.

BAKI, 21 fevral - Sputnik. Fransa Prezidenti Emmaniel Makron NATO-nu tənqid edib, onun fikrincə, bu təşkilat artıq aktual deyil. 

Sputnik Azərbaycan bildirir ki, Makron Şimali Atlantika Alyansının Varşava müqaviləsinə qarşı mübarizə aparmaq məqsədilə yaradıldığını, o müqavilənin isə daha mövcud olmadığını xatırladıb.  

"Bəzən biz artıq mövcud olmayan, amma Avropanı parçalamağa davam edən ideologiya və ya təşkilatlara, geosiyasi məntiqə qarşı mübarizəni davam etdiririk", - fransa lideri Financial Times qəzetinə müsahibəsində deyib. 

BMT Təhlükəsizlik Şurasının işi də Makronun xoşuna gəlmir. Onun fikrincə, təşkilat iri regional münaqişələrin həlli vasitəsi kimi "işləməyi dayandırıb". Məsələn, "yenidən dirildilmiş" Şura ABŞ ilə Çin arasında artan gərginliyi yumşalda bilərdi, amma Makron Çinin əməkdaşlıq etməyə razılıq verəcəyindən də əmin deyil.  

Xatırladaq ki, Fransa Prezidenti ilk dəfə deyil ki, NATO-nu tənqid edir. 2019-cu ilin martında o, bəyan eləmişdi ki, bu qurum "beyin ölümü" keçirib.

Xəbər lenti
0