12:10 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
17 0 0

Türkiyə olaraq, Amerika ilə ortaq mənfəətlərimizin fikir ayrılıqlarımızdan daha çox olduğuna inanırıq. Bu səbəbdən uzunmüddətli perspektivdə Amerikanın yeni rəhbərliyi ilə əlaqələrimizi daha da gücləndirmək istəyirik.

BAKI, 21 fevral - Sputnik. Türkiyə və Amerika Birləşmiş Ştatları arasında ortaq maraqlara istinad edən, güclü, hərtərəfli strateji müttəfiqlik əlaqələri mövcuddur.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk-Amerikan Milli İdarəçilik Komitəsinin telekanalı olan TASC TV-nin fasiləsiz yayıma başlaması münasibətilə yayımlanan xüsusi proqrama göndərdiyi videomesajında deyib. 

"Zaman-zaman məsələlərə baxışımızla bağlı fikir ayrılıqları olsa da, ortaqlığımız bugünə qədər hər cür çətinliklərin öhdəsindən gəlməyə qadir olub. Son dövrlərdə də Türk-Amerikan dostluğunun ciddi şəkildə test edildiyi prosesi hamımız birlikdə yaşadıq. Xüsusilə PKK terror təşkilatı və onun qolları ilə mübarizə məsələsində NATO müttəfiqimizdən arzu etdiyimiz dəstəyi görmədik. Eynilə Amerika rəsmilərinə dəlillərlə dolu qovluqlar göndərməyimizə baxmayaraq, FETÖ başçısıyla bağlı 4 ildir heç bir addımın atılmaması millətimizi və 251 şəhidimizin ailəsinin qəlbini dərindən yaralayıb. Demokratiya və azadlıqlar məsələsində iddiaçı olan bir ölkənin demokratiyaya qəsd edən qiyamçılara qucaq açması çok böyük ziddiyyətdir", - Ərdoğan deyib. 

O, Amerikanın yeni rəhbərliyi ilə işbirliyini gücləndirmək istədiyini də dilə gətirib:

"Türkiyə olaraq, Amerika ilə ortaq mənfəətlərimizin fikir ayrılıqlarımızdan daha çox olduğuna inanırıq. Bu səbəbdən uzunmüddətli perspektivdə Amerikanın yeni rəhbərliyi ilə əlaqələrimizi daha da gücləndirmək istəyirik. Türkiyə, iki ölkə arasındakı müttəfiqlik və strateji ortaqlıq əlaqələrində üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməyə davam edəcək" 

Ərdoğan hər bir ixtilafdan xeyir güdən, Türkiyə əleyhdarı olan dairələrin Amerika ictimaiyyətini Türkiyə əleyhinə yönəltmək üçün gərgin şəkildə işlədiklərini qeyd edib.

"Bu diarələrin yalan və böhtanlarına siz lazım olan cavabı verirsiniz. Amerika toplumunun Türkiyəni daha yaxşı anlaması üçün çalışırsınız. Sizin səyləriniz həm iki ölkəni, həm də iki xalqı bir birinə daha da yaxınlaşdıracaq", - deyə Türkiyə prezidenti TASC TV-nin fəaliyyətinin Türkiyə-ABŞ münasibətlərinin istiləşdirilməsi istiqamətində mühüm rol oynayacağına inamını ifadə edib. 

Teqlər:
FETÖ, PKK, Türkiyə, ABŞ, Co Bayden, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ərdoğan

Əsas mövzular