Koronavirusdan xilas olmaq üçün 3 gün dua edin – vaksinə inanmayan prezidentin çağırışı

© AP Photo / StringerДжон Магуфули, фото из архива
Джон Магуфули, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.02.2021
Abunə olmaq
“Keçən il edilən dualara görə, bu xəstəliklərə qalib gəlmək mümkün oldu. Xalqımız təlaşa qapılmasın və daha çox dua etsin” – deyə Maaqufuli bildirib.

BAKI, 21 fevral — Sputnik. Tanzaniya dövlət başçısı Con Maqufuli dəfn mərasimində etdiyi çıxışda nəfəs yolu xəstəliklərinə qalib gəlmək üçün xalqdan 3 gün dua etməsini istəyib. Sputnik Azərbaycan xarici KİV-lərə istinadən xəbər verir ki, Tanzaniya dövlət katibinin dəfn mərasiminə qatılan Maqufuli koronavirus əleyhinə olan peyvəndlərə güvənmədiyini də bildirib.

“Keçən il edilən dualara görə, bu xəstəliklərə qalib gəlmək mümkün oldu. Xalqımız təlaşa qapılmasın və daha çox dua etsin” – deyə Maaqufuli bildirib.

Qeyd edək ki, Tanzaniya dövlət başçısı yanvarın 27-dəki çıxışında da vaksinlərə şübhə etdiyini və təhlükəli olduğunu deyib, buna görə də xalqı vaksinlərdən çəkinməyə çağırır.

 

Xəbər lenti
0