20:31 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
DÜNYA
Qısa URL
12 0 0

"Vətənin Xilası Naminə Hərəkat"ın koordinatoru İşxan Saqatelyan ölkə vətəndaşlarının hamısını müxalifətin mitinqinə qoşulmağa və ölkəboyu kütləvi itaətsizliyə çağırıb.

BAKI, 20 fevral - Sputnik. Ermənistan müxalifəti bazar ertəsi saat 18:00-da ölkə ərazisində genişmiqyaslı kütləvi aksiyaların anonsunu verib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Vətənin Xilası Naminə Hərəkat"ın koordinatoru İşxan Saqatelyan bu gün Respubka meydanında keçirilən mitinqdə çıxışı zamanı deyib.

"Qoy heç kəs şübhə etməsin, biz qalib gələcəyik! Bazar ertəsi saat 18:00-da yenidən görüşəcəyik", - deyə Saqatelyan bildirib.

O, ölkə vətəndaşlarının hamısını müxalifətin mitinqinə qoşulmağa və ölkəboyu kütləvi itaətsizliyə çağırıb.

Qeyd edək ki, bu gün Yerevanda müxalifət Ermənistanın baş naziri Nikol Paşinyanın istefa tələbi ilə aksiya keçirib. Mitinqi "Vətənin Xilası Naminə Hərəkat" təşkil edib. Sonra müxalifətçilər şəhərdə yürüş keçiriblər. Dörd saat davam edən aksiya Respublika meydanında başa çatıb. 

Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatdan sonra ölkədə baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbilə aksiyalara başlanılıb. Bir sıra müxalif qüvvələr hökumət başçısı postuna "Vətənin Xilası Naminə Hərəkat"ın lideri Vazgen Manukyanın namizədliyini irəli sürüblər. Müxalifət hazırkı hökuməti istefaya göndərməyi, müvəqqi hökumət qurmağı, sonra isə növbədənkənar seçkilər keçirməyi təklif edir.  

Hökumət də öz növbəsində Nazirlər Kabinetinin istefasını gözləmədən bu ilin sonunda növbədənkənar parlament seçkiləri keçirmək təklifini irəli sürüb. Müxalifət qüvvələri bu variantla razılaşmayıb. Onlar hesab ediblər ki, hökumət nəticələri saxtalaşdıracaq və öz ömrünü uzadacaq. Nəticədə Paşinyanın komandası növbədənkənar seçkilər ideyasından imtina edib.

Teqlər:
Vazgen Manukyan, Yerevan, Ermənistanın baş naziri Nikol Paşinyan, Nikol Paşinyan

Əsas mövzular