Latın Amerikasında kabus kimi dolaşan xəstəlikdən ölənlərin sayı durmadan artır

© AP Photo / Ebrahim NorooziЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
ABŞ və Hindistandan sonra ən çox yoluxmanın qeydə alındığı Braziliyada ölənlərin sayı 244 min 765, ümumi yolxuanların sayı 10 milyon 81 min 676-ya çatıb.

BAKI, 20 fevral — Sputnik. Son 24 saatda Brazilyada 1308, Meksikada 857 nəfər COVID-19-dan dünyasını dəyişdi. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə worldometers.com məlumat yayıb. Bununla da ABŞ və Hindistandan sonra ən çox yoluxmanın qeydə alındığı Braziliyada ölənlərin sayı 244 min 765, ümumi yolxuanların sayı 10 milyon 81 min 676-ya çatıb.

Məlumata görə, Latın Amerikası ölklərində COVID-19-dan dünyasını dəyişənlərin sayı artmaqda davam edir. Belə ki, Meksika, Braziliya ilə yanaşı digər ölkələrdə də COVID-19-dan ölənlərin sayı artıb. Argetinada ötən gün koronavirusdan ölənlərin sayı 143, Kolumbiyada 177, Peruda 201, Çilidə 99, Ekvadorda 30, Boliviyada 37 nəfər olub. 

 

Xəbər lenti
0