21:52 02 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
DÜNYA
Qısa URL
8 0 0

Ostin: "ABŞ Əfqanıstandakı sabitliyin qalıcı olmasında maraqlıdır və ölkənin terror qruplaşmaları üçün təhlükəsiz bölgə olmasına imkan verməyəcək".

BAKI, 20 fevral — Sputnik. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasında tələsməyəcək. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, bu açıqlama ilə ABŞ müdafiə naziri Lloyd Ostin NATO müdafiə nazirlərinin iclasından sonra Pentaqonda keçirilən mətbuat konfransında çıxış edib.

O bildirib ki, Əfqanıstanda sülh müzakirələrinin davam etməsinə baxmayaraq, zorakılıq halları hələ də yüksəkdir. ABŞ Əfqanıstandakı sabitliyin qalıcı olmasında maraqlıdır və ölkənin terror qruplaşmaları üçün təhlükəsiz bölgə olmasına imkan verməyəcək.

Qeyd edək ki, ötən ilin fevralın 29-da ABŞ və Taliban arasında əldə olunmuş razılığa əsasən Əfqanıstandakı ABŞ hərbçilərinin sayı 2500 nəfərə endirilib. Razılaşmaya əsasən, bu ilin mayına qədər Əfqanıstandan bütün ABŞ hərbçilərinin çıxarılması gözlənilir.

 

Teqlər:
Əfqanıstan, ABŞ

Əsas mövzular