ABŞ şirkəti qanuni hökuməti devirmək üçün uğursuz cəhdlər edib

© AFP 2023 / AHMAD AL-RUBAYEBlackwater şirkətinin əsgərləri, arxiv şəkli
Blackwater şirkətinin əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.02.2021
Abunə olmaq
Gizli sənəddə göstərilib ki, 2019-cu ilin iyununda çevrilişin baş tutması üçün yaxşı maliyyələşdirilmiş plan qurulub.

BAKI, 20 fevral — Sputnik. 2019-cu ilin iyununda Liviyanın qanuni hökumətini devirmək üçün hərbi və kəşfiyyat yardımı etməklə yaxşı təşkil edilmiş əməliyyat hazırlanıb. Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu məlumat BMT Təhlükəsizlik Şurasının hələ yayımlanmamış gizli sənədində qeyd edilib.

Sənəddə ABŞ-ın “Blackwater” şirkətinin təsisçisi Erik Den Prinsin Liviya hökumətini iki dəfə devirməyə cəhd planları qeyd edilib. Keçmiş dəniz qüvvələri xüsusi təyinatlısı olan və digər qərbli xüsusi təhlükəsizlik mütəxəssisləri ilə əməkdaşlıq edən Prins Liviyanın şərqindəki qanuni hökuməti devirmək üçün Xəlifə Haftara hərbi və kəşfiyyat dəstəyi göstərib. Hələlik açıqlanmayan gizli sənəddə göstərilib ki, 2019-cu ilin iyununda çevrilişin baş tutması üçün yaxşı maliyyələşdirilmiş plan qurulub.

Opus (Project Opus) adı verilən əməliyyatda önəmli yüksək çinli məmurların qaçırılıb öldürülməsi planlaşdırılıb. Əməliyyatın planlama mərhələsində mərkəzi Birləşmiş Ərəb Əmirlikliklərində yerləşən üç şirkətdən (Lancaster 6 DMCC, L-6 FZE ve Opus Capital Asset Limited FZE) istifadə edilib. BMT bu şirkətləri Liviyaya tətbiq edilən silah embarqosunu pozmaqda ittiham edir.

Qeyd edək ki, “Blackwater” şirkəti İraqda mülki vətəndaşların öldürülməsi qalmaqalı ilə xatırlanır.

Xəbər lenti
0