CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə "Kurtlar Vadisi"nin "Polad"ı barədə hökm verib

© AFP 2023 / STEPHANE DE SAKUTINЗал суда, фото из архива
Зал суда, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.02.2021
Abunə olmaq
Həyat yoldaşı danışıqlarını xəbərsiz olaraq 11 dəfə telefonuna qeyd etdiyi üçün onun əleyhinə məhkəmə qarşısında iddia qaldırıb.

BAKI, 16 fevral — Sputnik. Boşanma ərəfəsində olan həyat yoldaşı Nagehan Şaşmaz tərəfindən məhkəməyə verilən türkiyəli aktyor Necati Şaşmaz bəraət alıb. 

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşı danışıqlarını xəbərsiz olaraq 11 dəfə telefonuna qeyd etdiyi üçün onun əleyhinə məhkəmə qarşısında iddia qaldırıb.

Prokuror aktyorun 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə Necati Şaşmaz barədə qaldırılan iddiaları əsassız sayıb və ona bəraət verib. 

Qeyd edək ki, Necati Şaşmaz "Kurtlar Vadisi" serialındakı "Polad Alemdar" rolu ilə məşhurlaşıb.

 

Xəbər lenti
0