08:33 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
DÜNYA
Qısa URL
10 0 0

Ancaq bu iki gün içində görürük ki, sözdə terrorla mübarizə apardığını söyləyən ölkələr PKK-nın bu qətliamına qarşı səssizdirlər, ya da "əgər" və "amma"larla üstündən keçməyə çalışırlar.

BAKI, 15 fevral — Sputnik. Türkiyə həm sərhədləri daxilində, həm də sərhədlərdən kənarda terror yuvaları ilə mübarizəsini qərarlılıqla davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Oralarda da YPG/PKK-nı təmizləyənə qədər bu mübarizə davam edəcək. PKK terror təşkilatı hər zaman olduğu kimi, alçaqlığını göstərdi və ötən gecə, hətta bir gün sonra, daha öncə qaçırdığı 13 günahsız insanımızı qətl etdi. Əlbəttə, şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq və bu terrorçuları da təmizləyəcəyik. Ancaq bu iki gün içində görürük ki, sözdə terrorla mübarizə apardığını söyləyən ölkələr PKK-nın bu qətliamına qarşı səssizdirlər, ya da "əgər" və "amma"larla üstündən keçməyə çalışırlar", - deyə Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Birləşmiş Ştatların Dövlət Departamentinin Türkiyənin 13 mülki vətəndaşının PKK/KCK terror təşkilatı tərəfindən əsir götürüldükdən sonra öldürülməsi ilə bağlı açıqlaması qardaş ölkədə birmənalı qarşılanmayıb.

"Birləşmiş Ştatlar Türkiyə vətəndaşlarının İraqın Kürdüstan bölgəsində öldürülməsinə görə təəssüflənir. NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq və son qarşıdurmada həlak olanların ailələrinə başsağlığı veririk. Türkiyə vətəndaşlarının terror təşkilatı PKK-nın əlində ölməsi xəbərləri doğrudursa, bu addımı qətiyyətlə pisləyirik", - deyə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

Teqlər:
Mövlud Çavuşoğlu, PKK, terror, Türkiyә

Əsas mövzular