ABŞ Rusiyaya görə "qatil raketlər"i qaytarır

© AFP 2023 / JIM WATSONRaket zərbəsi, arxiv şəkli
Raket zərbəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
Məlumatda bildirilir ki, "Los Angeles" tipli "Harpoon" raketləri üzərində işi yanvar ayında "Boeing" şirkəti tamamlayıb.

BAKI, 15 fevral — Sputnik. Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri (HDQ) Çin və Rusiyanın güclənməsi ilə bağlı öz atom sualtı qayıqlarına "Harpoon" "qatil raketlər"ini qaytarmaq niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Breaking Defense" nəşri məlumat yayıb.

Nəşr xatırladır ki, sualtı qayıqlar üçün nəzərdə tutulan "Harpoon" gəmi əleyhinə raketləri soyuq müharibənin bitməsi fonunda 25 il əvvəl atom sualtı qayıqları təchizatından çıxarılıb.

Məlumatda bildirilir ki, "Los Angeles" tipli "Harpoon" raketləri üzərində işi yanvar ayında "Boeing" şirkəti tamamlayıb. Qeyd olunur ki, sonuncu dəfə "Harpoon" raketi sınaqlar çərçivəsində 2018-ci ildə buraxılıb. Buna qədər isə raket 1997-ci ildə sualtı gəmidən buraxılıb.

Qeyd olunur ki, yenilənmiş "Harpoon" hədəfi daha uzaq məsafədən vura biləcək, həmçinin "daha az xərclərlə daha çox ölümcül olacaq".

 

Xəbər lenti
0