Dövlət Departamentindən PKK ilə bağlı ikibaşlı mesaj

© AFP 2023 / Paul J. RichardsГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
"Türkiyə vətəndaşlarının terror təşkilatı PKK-nın əlində ölməsi xəbərləri doğrudursa, bu addımı qətiyyətlə pisləyirik".

BAKI, 15 fevral — Sputnik. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Türkiyənin 13 mülki vətəndaşının PKK/KCK terror təşkilatı tərəfindən əsir götürüldükdən sonra öldürülməsi ilə bağlı açıqlaması qardaş ölkədə birmənalı qarşılanmayıb. Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, Dövlət Departamentinin açıqlamasında bu ifadələr yer alıb.

"Birləşmiş Ştatlar Türkiyə vətəndaşlarının İraqın Kürdüstan bölgəsində öldürülməsinə görə təəssüflənir. NATO müttəfiqimiz olan Türkiyənin yanındayıq və son qarşıdurmada həlak olanların ailələrinə başsağlığı veririk. Türkiyə vətəndaşlarının terror təşkilatı PKK-nın əlində ölməsi xəbərləri doğrudursa, bu addımı qətiyyətlə pisləyirik", - deyə Dövlət Departamentinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev PKK-nın xain hücumu nəticəsində 13 mülki vətəndaşın ölümü ilə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Prezidentin başsağlığı məktubunda deyilir:

"Əziz qardaşım, xain terror aktı nəticəsində Türkiyə vətəndaşları olan 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi xəbəri bizi olduqca sarsıtdı.

Biz dinc insanlara qarşı yönəlmiş bu dəhşətli terror əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, qətlə yetirilənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Xəbər lenti
0