"Pençe Kartal-2" Hərəkatı PKK-nın öldürdüyü türklərin intiqamını aldı

© AFP 2023 / Arif AKDOGAN / POOL Министр национальной обороны Турции Хулуси Акар, фото из архива
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.02.2021
Abunə olmaq
TSK İraqın şimalında terrorçulara qarşı apardığı "Pençe Kartal-2" əməliyyatında 3-ü "yüksək səviyyəli səlahiyyətlilər" olmaqla 48 terrorçunu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirib.

BAKI, 14 fevral - Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalında yerləşən Qara bölgəsində terrorçulara qarşı apardığı "Pençe Kartal-2" əməliyyatı zamanı üçü "yüksək səviyyəli səlahiyyətlilər" olmaqla 48 terrorçu ölü, 2-si isə sağ vəziyyətdə ələ keçirilib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar "Pençe Kartal-2" Hərəkatı haqqında açıqlama verərkən bildirib.

O qeyd edib ki, TSK-nın hərbi əməliyyatları zamanı terrorçuların sığındığı mağaradan 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanıb.

Türkiyənin 13 mülki vətəndaşı PKK/KCK terror təşkilatı tərəfindən əsir götürüldükdən sonra öldürülüb.

Bundan əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Twitter hesabında "qəhrəman əsgərlərin qarşısına çıxmağa cəsarət etməyən terrorçular mülki əhalini alçaqcasına qətlə yetiriblər", - yazıb. 

Xəbər lenti
0