19:22 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
DÜNYA
Qısa URL
12 0 0

Yaponiyanın Baş naziri Yoşihide Suqa zəlzələdən sonra açıqlama verərək, yeraltı təkanların genişmiqyaslı dağıntılara və çox sayda qurbana səbəb olmadığını bildirib.

BAKI, 14 fevral - Sputnik. Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi zəlzələnin episentrinin Fokusima bölgəsində qeydə alındığını bildirib. 

Agentlik sunami təhlükəsini proqnozlaşdırıb. Zəlzələ nəticəsində indiyədək 124 nəfərin xəsarət aldığı bildirilir. Yaralıların əksəriyyəti yeraltı təkanların ən çox hiss olunduğu Miyaqi və Fukusima prefekturalarının sakinləridir.

Yaponiyanın Baş naziri Yoşihide Suqa zəlzələdən sonra açıqlama verərək, yeraltı təkanların genişmiqyaslı dağıntılara və çox sayda qurbana səbəb olmadığını bildirib. O, həmçinin, Yaponiyanın nüvə obyektlərinə ziyan dəymədiyini qeyd edib.

Baş nazir yerli sakinləri yeraltı təkanlara hazır olmağa və gecə çölə çıxmamağa çağırıb.

 

Əsas mövzular