20:44 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
DÜNYA
Qısa URL
97 0 0

"YouGov" və "Economist" tərəfindən 500 ABŞ vətəndaşının iştirakı ilə keçirilmiş rəy sorğusunun nəticəsinə görə, iştirakçıların 46 faizi onun ölkə tarixində ən pis prezident olduğunu bildirib.

BAKI, 13 fevral — Sputnik. Amerika Birləşmiş Ştatlarında ölkə tarixinin ən pis və ən yaxşı prezidentlərini müəyyənləşdirmək üçün sorğu keçirilib. Sputnik Azərbaycan bu barədə CNN Türk-ə istinadla məlumat yayıb. "YouGov" və "Economist" tərəfindən 500 ABŞ vətəndaşının iştirakı ilə keçirilmiş rəy sorğusunun nəticəsinə görə, çoxlarının da gözlədiyi kimi indiyədək bu ölkəyə rəhbərlik etmiş şəxslər arasında ən pis prezident titiluna bu yaxınlarda hakimiyyət müddəti başa çatmış Donald Tramp layiq görülüb. Sorğuda iştirak edənlərin rəyinə əsasən, indiyə kimi bu ölkənin ən yaxşı lideri isə 44-cü prezident Barak Obama olub.

Rəyi soruşulanların 46 faizi Tarmpın ən pis prezident olduğunu bildirib. İnsanlarda belə rəyin formalaşmasına bu ilin yanvar ayının 6-da baş vermiş Konqresə basqın hadisəsi daha çox təsir göstərib. Sorğuda iştirak edənlərin 43 faizi  hücumun məsuliyyətinin birbaşa Trampın üzərinə düşdüyünü bildirib.

Trampdan əvvəl bu ölkəyə rəhbərlik etmiş Barak Obama isə əksinə, amerikalıların sevimli lideri, bu ölkədə quldarlığı ləğv etmiş Avraam Linkolnu belə qabaqlayaraq, ABŞ-ın bütün tarixi boyunca ən yaxşı prezidenti seçilib. Sorğuda Obama 18, Linkoln isə 17 faiz müsbət rəy qazanıb.

Əsas mövzular