20:48 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
DÜNYA
Qısa URL
1210

"Konstitusiyamız tələb edir ki, impiçment də daxil olmaqla bir insanın həyatı üçün əhəmiyyətli nəticələrə səbəb olan hər hansı bir hüquqi proses qanuna uyğun olaraq həyata keçirilsin".

BAKI, 13 fevral — Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Trampın Senatdakı impiçment prosesində müdafiə tərəfi Demokratları onlara hadisəni araşdırmaq üçün lazımi prosedurun keçirilməsinə imkan verməməkdə günahlandırıb.

"Bizim konstitusiyamız və ümumiyyətlə təməl ədalət hissi tələb edir ki, impiçment də daxil olmaqla bir insanın həyatı üçün əhəmiyyətli nəticələrə səbəb olan hər hansı bir hüquqi proses qanuna uyğun olaraq, lazımi qaydada həyata keçirilsin. Bu isə özündə müvafiq əsaslarla və dəlillər bazası ilə möhkəmləndirilmiş faktların müəyyənləşdirilməsini ehtiva edir. Bu hadisədə prezident Trampa və onun vəkillərinə dəlillərlə tanış olmaq və onların uyğun olub-olmadığını yoxlamaq fürsəti verilmədi”, - deyə Senatda eks-prezidentin vəkillərindən biri olan Devod Şoen bəyan edib.

Onun sözlərinə görə, belə tələskənlik prosesin qaydalara uyğun şəkildə həyata keçirilməsindən imtinanın yalnız bir nümunəsidir. O, daha bir misal kimi Trampın aylarla sürən birinci impiçment prosesini göstərib.

 

Əsas mövzular