01:47 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
DÜNYA
Qısa URL
17 0 0

Hesabatda qeyd olunub ki, 2021-ci ildə 5 yaşından aşağı 2,3 milyon uşaq kəskin qida çatışmazlığı problemi ilə üzləşəcək.

BAKI, 12 fevral — Sputnik. Təcili humanitar müdaxilə olmasa bu il Yəməndə yaşı 5-dən aşağı olan ən azı 400 min uşaq aclıqdan ölə bilər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin 4 agentliyinin birgə yaydığı hesabatda qeyd olunub.

Bildirilib ki, Yəməndə gedən müharibə və qlobal pandemiya fonunda uşaqların qidalanma səviyyəsi kəskin şəkildə aşağı düşüb. Yəməndə yaşı 5-dən aşağı olan kiçik uşaqlar arasında kəskin qida çatışmazlığının 2020-ci ilə nisbətən 22% artımı proqnozlaşdırılıb. Ölkənin Ədən, Hodeidah, Taiz və Səna bölgələri ən çox zərər görənlər arasındadır.

Hesabatda qeyd olunub ki, 2021-ci ildə 5 yaşından aşağı 2,3 milyon uşaq kəskin qida çatışmazlığı problemi ilə üzləşəcək. Təxminən 1,2 milyon hamilə və ya ana südü verən qadının da kəskin qida çatışmazlığı problemi ilə üzləşməsi gözlənilir. Agentliklər ölkənin humanitar fəlakətdən çıxması üçün tələb olunan 3,4 milyard dollardan yalnız 1,9 milyard dollarının yığıldığını açıqlayıb.

Əsas mövzular