Ərdoğan ikinci dozanı qəbul edib

© © Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган получает прививку от коронавируса Sinovac CoronaVac (COVID-19)
Президент Турции Реджеп Тайип Эрдоган получает прививку от коронавируса Sinovac CoronaVac (COVID-19)  - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
"Salam, əziz qardaşlarım, mən COVID-19-a qarşı peyvəndin ikinci dozasını qəbul etdim. İnşallah qısa müddətdə bütün vətəndaşlarımızı peyvəndləməyi qarşıya məqsəd qoymuşuq", - Ərdoğan yazıb.  

BAKI, 11 fevral - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin ikinci dozası vurulub.

Sputnik Türkiyə xəbər verir ki, Ərdoğan Telegram hesabında yeni tip koronavirusa qarşı CoronaVac peyvəndinin ikinci dozasının ona bu gün vurulduğunu bildirib. 

"Salam, əziz qardaşlarım, mən COVID-19-a qarşı peyvəndin ikinci dozasını qəbul etdim. İnşallah qısa müddətdə bütün vətəndaşlarımızı peyvəndləməyi qarşıya məqsəd qoymuşuq", - Ərdoğan yazıb.  

Qeyd edək ki, bu il yanvarın 14-də Rəcəb Tayyib Ərdoğan COVID-19-a qarşı peyvənd olunub.

Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. Türkiyədə koronavirusa qarşı peyvənd iki mərhələdə tətbiq olunur. Türkiyədə vaksinasiya prosesində Çinin "Sinovak" əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “CoronaVac” inaktiv peyvəndindən istifadə olunur.

Xəbər lenti
0