11:56 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
DÜNYA
Qısa URL
64 0 0

"Ümumi prioritetlərimiz mövzusunda əməkdaşlıq axtarışındayıq və bütün müttəfiqlərimiz kimi Türkiyə ilə də fikir ayrılıqları ilə bağlı dialoq qurmağa çalışırıq"

BAKI, 11 fevral — Sputnik. ABŞ Dövlət Departamenti yaxın günlərdə dövlət katibi Entoni Blinkenin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi barədə məlumat yayıb. Sputnik Azərbaycan-ın "CNNTurk"-ə istinadla yaydığı xəbər görə, məlumatda S-400 Zenit Raket Kompleksi (ZRK) ilə bağlı ABŞ-ın mövqeyinin dəyişmədiyi də vurğulanır.

ABŞ XİN-in mətbuat katibi Ned Prays keçirdiyi mətbuat konfransında Türkiyə-Amerika qarşılıqlı münasibətlərini dəyərləndirib.

Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hülusi Akar bu yaxınlarda S-300 müdafiə sisteminin üç NATO ölkəsində mövcud olduğunu açıqlayaraq S-400-dən qismən istifadə etməyi təklif etmişdi.

Ned Prays isə məsələyə münasibət bildirərək qeyd edib ki, S-400 məsələsində ABŞ-ın mövqeyi dəyişməyib. 

"Rusiya S-400-ləri NATO təchizatına uyğun deyil. NATO texnologiyalarının təhlükəsizliyini təhdid edir və Türkiyə bu sistemləri əldə etməklə alyansa zidd hərəkət edib", – Prays bildirib.

Mətbuat katibi ABŞ-la Türkiyənin ortaq maraqlarına diqqət çəkərək deyib:

"Ümumi prioritetlərimiz mövzusunda əməkdaşlıq axtarışındayıq və bütün müttəfiqlərimiz kimi Türkiyə ilə də fikir ayrılıqları ilə bağlı dialoq qurmağa çalışırıq".

Qeyd edək ki, keçən ilin dekabr ayında ABŞ Rusiyadan S-400 ZRK-ları aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın NATO üzvü olan Türkiyəyə qarşı bu addımını sərt sözlərlə tənqid etmişdi.

Teqlər:
"S-400" raket sistemi, S-400, Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, Entoni Blinken, ABŞ, NATO

Əsas mövzular