Merkel qərarını üçüncü dalğaya görə verdi

© AFP 2023 / Tobias SchwarzКанцлер Германии Ангела Меркель поправляет маску на лице во время заседания Бундестага
Канцлер Германии Ангела Меркель поправляет маску на лице во время заседания Бундестага - Sputnik Azərbaycan, 1920, 11.02.2021
Abunə olmaq
Kansler bildirib ki, hökumətdə anlayırlar ki, ştammların sayı daha da artır və əsas məsələ də odur ki, bu, çox sürətlə baş verir

BAKI, 11 fevral - Sputnik. Almaniya kansleri Angela Merkel ölkəsində koronavirusun artıq üçüncü dalğasının başladığını və onunla mübarizənin vacib olduğunu söyləyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Merkel federal torpaqların başçıları ilə pandemiyaya qarşı mübarizəyə həsr olunmuş iclasdan sonra söyləyib. 

Немецкий тренер Ливерпуля Юрген Клопп - Sputnik Azərbaycan, 1920, 10.02.2021
İDMAN
Məşhur məşqçini anasının dəfninə buraxmadılar

Onun sözlərinə görə, Almaniya hökuməti virusun mutasiyaya uğraması barədə ilkin hesabatları əldə edib. Kansler bildirib ki, hökumətdə anlayırlar ki, ştammların sayı daha da artır və əsas məsələ də odur ki, bu, çox sürətlə baş verir. Merkel söyləyib ki, iclasın nəticələrinə görə, ötən il noyabrın 2-də tətbiq edilmiş lokdaunun müddətinin bu il marıtn 7-dək uzadılması qərara alınıb.

Tətbiq olunan qaydalarla Almaniyada restoranlar, barlar, kinoteatrlar, əyləncə müəssisələri, fitnes-klublar, basseynlər bağlanılıb. Mağazaların işinə məhdudiyyətlər tətbiq edilib. İctimai yerlərdə 10 nəfərdən artıq vətəndaşın toplaşması yasaqdır.

Xəbər lenti
0