Ərdoğanın rəqibi CHP-dən istefa verdi: Daha müxalifət iqtidara meydan oxuya bilmir

© REUTERS / ERIC THAYERЧиновник, фото из архива
Чиновник, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.02.2021
Abunə olmaq
"Bu gün artıq müxalifət iqtidara meydan oxuya bilmir. Çünki bu iqtidar müxalifətdən, müxalifət də iqtidardan çox məmnundur. Cəmiyyəti qarpız kimi ikiyə böldülər. Bu iqtidardan da, müxalifətdən də ölkəyə xeyir gəlməz".

BAKI, 8 fevral — Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) son qurultayından sonra "Məmləkət Hərəkatı" adlı partiya yaradan Məhərrəm İncə bu gün mətbuat konfransı keçirib. Bu barədə Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir. O, ölkənin əsas müxalifət partiyası olan CHP-dən istefa verəcəyini acıqlayıb:

"Bu gün artıq müxalifət iqtidara meydan oxuya bilmir. Çünki bu iqtidar müxalifətdən, müxalifət də iqtidardan çox məmnundur. Cəmiyyəti qarpız kimi ikiyə böldülər. Ərdoğan dollarla necə mübarizə aparacağını deyirdi, bu gün ölkədə dolarla bağlı vəziyyətin nə yerdə olduğunu görürük. Müxalifətin deyə bilmədiyini mən deyirəm: Ərdoğan istefa versin".

İncə onu da qeyd edib ki, müxalifət partiya daxilində demokratiyanı yox edib millətə demokratiya vəd edərsə, ona heç kim inanmaz.

"CHP-dən olub Atatürkün adını çəkməyə cəsarət edə bilməyən partiya rəhbərləri üzündən içimiz qan ağlayır. 18 ildir ki, ölkəni uçuruma sürükləyən prezidentin istefasını tələb etməyə cəsarətləri çatmır. Bu iqtidardan da, müxalifətdən də ölkəyə xeyir gəlməz", – deyə o vurğulayıb.

İncə bütün bu səbəblərdən CHP-dən ayrılıb yeni siyasi hərəkatın əsasını qoyduğunu bəyan edib: "Bu gün bir yol ayrıcındayam. ABŞ-dan demokratiya dilənənlərlə artıq yolumu ayırıram. CHP-yə rəhbərlik edənlərlə yolumu ayırıram. CHP artıq mənim üçün lövhədən başqa bir şey deyil. Hədəfimiz 50+1-dir. Bir adamın partiyası deyil, ortaq ağlın partiyası olacağıq. Bizim Cümhur İttifaqı ilə işimiz olmayacaq. Partiyamızın adı da, loqosu da, hər şeyi hazırdır. Bu gün CHP-dən istefa verəcəm və ərizəmi həftə ərzində yazılı şəkildə partiyaya göndərəcəm".

Qeyd edək ki, mətbuat konfransından bir qədər sonra Məhərrəm İncə e-devlet sistemi vasitəsi ilə CHP-dən istefa verdiyini bəyan edib.

Xəbər lenti
0