09:38 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
DÜNYA
Qısa URL
42 0 0

"Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq", - Bill Geyts bildirib.

BAKI, 7 fevral - Sputnik. “Microsoft”un banisi, xeyriyyəçi və iş adamı Bill Geyts bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə xəbər verib.

“Report”un məlumatına görə, bu barədə "Qovorit Moskva” bildirib.

Geytsin sözlərinə əsasən, bəşəriyyət yeni təbii kataklizmlər gözləyir. "Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq", - o deyib.

Geyts bioterrorizmi böyük təhlükə adlandırıb.

“Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər", - “Microsoft”un qurucusu bildirib.

Daha əvvəl Bill Geyts COVID-19 pandemiyasında iştirakını təkzib edib. Sosial şəbəkələrdə və onlayn mediada Bill Geytsin pandemiyanın başlanğıcında iştirakı haqqında iddialar irəli sürülüb. Lakin Bill Geyts bunları təkzib edib. O bildirib ki, pandemiyada əli olması barədə fikirlər axmaqlıqdır.

Əsas mövzular