12:39 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
DÜNYA
Qısa URL
715 0 0

Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professoru Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib.

BAKI, 6 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attarı prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib.

Sputnik Azərbaycan "TRTHaber"ə istinadla xəbər verir ki, Ərdoğanın qərarı “Resmi Gazete”də dərc olunub.

Qeyd edək ki, professor Aygün Attar Giresun universitetinin rektoru olub, 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyinin başqanı seçilib.

Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub.

Teqlər:
Rəcəb Tayyip Ərdoğan, vəzifə, professor, Qubadlı, Azərbaycan, Türkiyə

Əsas mövzular