Ermənistanda koronavirusdan ölənlərin sayı daha bir psixoloji həddi keçdi

© AFP 2023 / BRYAN R. SMITHПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.02.2021
Abunə olmaq
Ümumilikdə bu virusdan ölənlərin sayı 3109-a çatıb. Xəstəlikdən sağalanların sayı 159350 nəfər olub. Hazırda bu ölkədə 4488 nəfər xəstəxanada müalicə alır.

BAKI, 5 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 167726-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 158 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3109-a çatıb. Xəstəlikdən sağalanların sayı 159350 nəfər olub. Hazırda bu ölkədə 4488 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 104,8 milyonu keçib, 2,28 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0